Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiyəsi üzrə komissiyanın əməkdaşları dərsdənyayınma ilə əlaqədar Məlikumudlu kəndində ailələrlə görüşüb
26 dekabr 2025 | 16:25
26.12.2025-ci il tarixdə təhsildənyayınma ilə bağlı Uşaq hüquqlarının müdafiyəsi üzrə komissiyanın, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları Məlikumudlu kənd tam orta ümumtəhsil məktəbində olub. Təhsildən yayındırılan, lakin ərazidə yaşamayan şagirdlərin ailələri ilə əlaqə saxlanılıb, övladlarının təhsildən yayındırılmaması üçün yaşadıqları ərazi üzrə məktəblərdən birinə yerdəyişmə olunmasının vacıbliyi izah olunub. Həmçinin şagirdlərin təhsilə cəlb olunması üçün ərazidə yaşayan, lakin övladlarını təhsildən yayındıran ailələrlə görüş keçirilib.






