Rayon Kommunal Müəssisələri Kombinatında “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
Tədbirdə Kommunal Müəssisələri Kombinatının əmək kollektivi iştirak etmişdir. Görüşdə “Prezident İlham Əliyevin rəhbərliyi ilə kommunal təsərrüfatın inkişafı və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması” və “Abadlıq, sanitar təmizlik və yaşıllaşdırma işlərinin müasir tələblər əsasında təşkili” mövzularında çıxışlar edilmişdir.
Çıxışlarda ölkəmizdə kommunal təsərrüfatın inkişafı, yaşayış məntəqələrinin abadlaşdırılması, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması və sanitar təmizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunmuşdur. Bu sahədə çalışan əməkdaşların üzərinə düşən vəzifələr və işlərin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Sonda mövzu ətrafında müzakirələr keçirilmiş, iştirakçıların sualları cavablandırılmışdır.






