Rayon sakinlərinin diqqətinə! 17.05.2024-cü il tarixdə qanvermə aksiyası təşkil olunacaqdır
16 may 2024 | 12:47
Rayon sakinlərinin diqqətinə!
17.05.2024-cü il tarixdə saat 900-dan 1500-dək “Zərdab Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin binasında “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ tərəfindən “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçiriləcəkdir. Xeyirxah kampaniyaya qoşulmaq istəyənlər lazımi müayinələrdən keçirildikdən sonra qanvermə aksiyasında iştirak edəcəkdir. Yığılan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaqdır.