Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon sakinlərinin diqqətinə!

23 iyun 2024 | 11:04

Son günlər yağan yağışlar səbəbindən Göyçay və Türyançay çaylarından gələn sel nəticəsində Zərdab rayonu ərazisindən keçən Qarasu çayında suyun səviyyəsi yüksəlmiş, Zərdab şəhərini Gəlmə kəndi ilə birləşdirən piyada körpüsündə təhlükəli vəziyyət yaranmışdır. Baş verə biləcək hər hansı bir hadisənin qarşısının alınması məqsədilə Zərdab Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən piyada körpüsündə hərəkət məhdudlaşdırılmış, növbətçi polis postu qoyulmuşdur. Xahiş edirik nəzərə alasınız və körpüdən istifadə etməyəsiniz.

Keçidlər