Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır

02 may 2023 | 15:46

Rayоn üzrə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsinin də  davamlı inkişafı təmin оlunmuşdur. Rayonda heyvandarlıq sahəsinə maraq durmadan artır. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədi ilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Rayonda əvvəlki illərə nisbətən heyvandarlığın inkişaf səviyyəsi xeyli artıb. Bu səbəbdən bütün heyvandarlıq məhsullarının, o cümlədən ət, süd, yumurta istehsalının həcmi də ötən dövrlərlə müqayisədə çox olub. Hazırda rayonda (01 aprel 2023-cü il vəziyyətinə) 54797 baş iri buynuzlu, 112925 baş xırda buynuzlu heyvan var. 01 aprel 2023-cü il tarixə ət istehsalı 10840,0 sentner, süd istehsalı 64543,0 sentner, yumurta istehsalı 2202,0 min ədəd olub.  

Cins maldarlığın inkişaf etdirilməsi istiqamətində rayonda mühüm tədbirlər həyata keçirilir. Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə rayonda süni mayalama məntəqələri yaradılmışdır. 2023-cü ilin yanvar-mart ayları ərzində 1197 baş inək və düyələrdə süni mayalanma aparılmış, 943  baş sağlam bala alınmışdır ki, bunun da maldarlığın inkişafına böyük təsiri olmuşdur.

Zərdab Rayon Statistika İdarəsi

Keçidlər