Şriftin ölçüsü :

Saytın rəngi :

“Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində təlim keçirilib

13 yanvar 2023 | 09:48

Yanvarın 13-də Zərdab Rayon İcra Hakimiyyətinin dəstəyi, Zərdab Rayon Gənclər və İdman idarəsinin və Zərdab Gənclər evi SXM-nin birgə təşkilatçılığı ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “Rəqəmsal Azərbaycana doğru” regional layihəsi üzrə “Technest” Təqaüd Proqramı çərçivəsində təlim keçirildi. İlk olaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəhbər heyəti ilə Rayon İcra Hakimiyyətində görüş küçirilmişdir. Sonra 15 yaşdan yuxarı gənclərin iştirakı ilə Zərdab Gənclər evi SXM-də təlim təşkil olunmuşdur. Keçirilmiş təlimdə rəqəmsal savadlılıq, İKT biliklərinin artırılması, gələcəyin peşələri mövzularında region gəncləri ilə interaktiv müzakirələr edilib. Təqdimatlarda iştirakçılara “Technest” Təqaüd Proqramında iştirak imkanları, bu sahə üzrə karyera dəstəyi haqqında geniş məlumatlar verilib. Təlimçilər arasında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təmsilçiləri, eyni zamanda “Baku Design Academy” tədris mərkəzinin nümayəndələri yer alıb. Görüş çərçivəsində iştirakçıların təqaüd proqramına cəlb olunması məqsədilə “Baku Design Academy” tərəfindən yerindəcə imtahan keçirilib.

Keçidlər