"Rəqəmsal iştirakçılıq" layihəsi çərçivəsində vətəndaşlarda, xüsusilə ana və uşaqlarda sosial mediadan, internetdən, müxtəlif texnoloji vasitələrdən aktiv, faydalı və təhlükəsiz surətdə istifadə bacarıqlarının formalaşdırılması, ictimai həyatda baş verən yeniliklərə əlçatanlığın təmin edilməsi mövzusunda tədbir keçirilib
Zərdab Rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə 14 oktyabr 2026-cı il tarixində Zərdab rayonunun İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbində "Rəqəmsal iştirakçılıq" layihəsi çərçivəsində vətəndaşlarda, xüsusilə ana və uşaqlarda sosial mediadan, internetdən, müxtəlif texnoloji vasitələrdən aktiv, faydalı və təhlükəsiz surətdə istifadə bacarıqlarının formalaşdırılması, ictimai həyatda baş verən yeniliklərə əlçatanlığın təmin edilməsi mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətində Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi psixoloqu, Zərdab UADM-in əməkdaşları, Zərdab rayonunun İ.Nəsimi adına Yarməmmədbağı kənd tam orta ümumtəhsil məktəbin müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər. Tədbirdə çıxış edənlər uşaqların internet resurslarından düzgün istifadəsinin əhəmiyyətindən, informasiya təhlükəsizliyinin qorunmasından, sosial şəbəkələrin və virtual oyunların uşaqların psixoloqiyasına təsiri, şagirdlərin rəqəmsal savadlılığının artırılmasının vacibliyindən bəhs ediblər.Çıxış edənlər həmçinin uşaqların internetdə üzləşə biləcəyi kibertəhdidlər, onlardan müdafiə üsulları, internetdən düzgün istifadə qaydaları və digər məlumatları iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə mövzuya əsasən sosial çarx və video-təlimat nümayiş etdirilib. Sonda isə iştirakçılara “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” adlı bukletlər paylanılıb.






