“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı ilə bağlı məlumatlandırma görüşü keçirilib
“Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində, eləcə də kibertəhlükəsizlik istiqamətində bilik və bacarıqlarının artırılması tədbirlərinin icrası çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verilir.
Bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində İƏD üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə məlumatlandırma görüşü keçirilib. Görüşdə layihənin məqsədləri, təlim proqramının strukturu, platformadan istifadə qaydaları, iştirakçı profillərinin yaradılması və təlim prosesinin təşkili barədə ətraflı məlumat verilib.






