Şriftin ölçüsü :

Saytın rəngi :

“Sabahın alimləri” XIII Respublika müsabiqəsində qalib gələn zərdablı məktəbli ilə görüş keçirilib

23 aprel 2024 | 19:41

“Sabahın alimləri” XIII Respublika müsabiqəsində qalib gələrək  qızıl medal qazanan  Zərdab şəhər 1 saylı məktəb-liseyin 10-cu sinif şagirdi Ağayev Cavid Şahin oğlu ilə Rayon İcra hakimiyyətində görüş keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Ramo Hacıyev, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, təhsil sektorunun əməkdaşı, məktəbin direktoru ilə bərabər layihə rəhbəri Rauf Rəhimov və şagirdin valideyni də iştirak etmişlər. Tədbirə giriş sözü ilə başlayan Ramo Hacıyev istedadlı şagirdləri aşkara çıxarmaq, onların potensialını inkişaf etdirmək və həmin şagirdlərlə məqsədyönlü işin aparılması məqsədilə hər tədris ilində keçirilən olimpiada və müxtəlif müsabiqələrinin  vacibliyini vurğulayıb. Obyektiv, sağlam və ədalətli rəqabət mühitində keçirilən belə yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olduğunu bildirib. Bu müsabiqədə iştirak etməklə  sadəcə ölkəmizi beynəlxalq səviyyədə təmsil etmək imkanı əldə etməsindən deyil, həmçinin Azərbaycan elminə töhfə verməklə yaxın gələcəyin, sabahın alimləri olmağa bir addım daha yaxınlaşdığından söz açıb. Tədbirdə çıxış edənlər müasir dünyada elmin, təhsilin mühüm rolundan danışıb, elm və təhsil müəssisələri arasında əlaqələrin qurulmasının vacibliyini bildiriblər. Sonda Cavid Ağayevə xatirə hədiyyəsi təqdim olunub. Qeyd edək ki, Cavid Ağayev Mərkəzi Aran Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonların məktəbliləri arasında medal qazanan yeganə məktəblidir. Eyni zamanda o, Respublika fənn olimpiadasının final mərhələsinə də vəsiqə qazanmışdır. Bu münasibətlə də həmyerlimizi təbrik edir, ona yeni uğurlar arzulayırıq. 

Keçidlər