Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam ailə, xoşbəxt uşaq, valideyn-uşaq münasibətləri” mövzusunda tədbir keçirilib

02 sentyabr 2026 | 16:31

02.03.2026-cı  il tarixdə Sarıqaya  kənd tam orta məktəbində Zərdab rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçıllığı ilə “Sağlam ailə, xoşbəxt uşaq, valideyn-uşaq münasibətləri” mövzusunda müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirilib. Tədbirdə çıxış edənlər valideyn-uşaq münasibətlərinin sağlam əsaslar üzərində qurulması, ailədə qarşılıqlı hörmət və etimad mühitinin formalaşdırılmasının vacibliyi, valideynlərin uşaqların fiziki, emosional və psixoloji inkişafında mühüm rolu barədə məlumat verib. Sağlam ünsiyyətin qurulması, uşaqların fikir və hisslərinə diqqətlə yanaşılması, onların problemlərinin dinlənilməsi və ailə daxilində qarşılıqlı anlayışın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Çıxışlar zamanı valideynlərə uşaqların davranışlarında baş verən dəyişikliklərə həssas yanaşmaq, onların ehtiyaclarını vaxtında müəyyənləşdirmək və zəruri hallarda müvafiq dəstəkdən yararlanmaqla bağlı tövsiyələr verilib. Tədbir çərçivəsində ailə dəyərlərinin qorunması, uşaqların hüquq və mənafelərinin müdafiəsi, eləcə də onların sağlam və təhlükəsiz mühitdə böyüməsinin təmin olunmasının vacibliyi diqqətə çatdırılıb. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər