Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat tərzi və zərərli informasiyalardan qorunmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

19 oktyabr 2026 | 16:31

19.10.2026-cı il tarixdə Zərdab rayon Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İsaqbağı və Dəkkəoba kənd tam orta ümumtəhsil məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Sağlam həyat tərzi və zərərli informasiyalardan qorunmaq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, fiziki və mənəvi sağlamlığın qorunmasının əhəmiyyətinin diqqətə çatdırılması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq tutulması, eləcə də onların informasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarının artırılması olub. Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşı Tural Nağıyev çıxış edərək sağlam həyat tərzinin əhəmiyyətindən, gənc nəslin fiziki və mənəvi sağlamlığının qorunmasının vacibliyindən danışıb. O, şagirdlərin sağlam böyüməsi, zərərli vərdişlərdən uzaq olması, asudə vaxtlarını səmərəli keçirməsi və təhsilə xüsusi diqqət yetirməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin müasir dövrdə internet və sosial şəbəkələrdən istifadənin geniş yayıldığını qeyd edərək bildirib ki, informasiya texnologiyaları faydalı imkanlar yaratmaqla yanaşı, uşaqlar və yeniyetmələr üçün müəyyən risklər də daşıyır. Şagirdlərə internetdə qarşılaşdıqları məlumatlara diqqətli yanaşmağı, yanlış və zərərli informasiyaları düzgün qiymətləndirməyi, şəxsi məlumatlarını qorumağı və şübhəli hallarla rastlaşdıqda valideynlərinə və müəllimlərinə müraciət etməyi tövsiyə edib. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb və onlara sağlamlıqlarının qorunması, internetdən təhlükəsiz istifadə edilməsi, faydalı informasiya mənbələrinə üstünlük verilməsi ilə bağlı tövsiyələr verilib.

Keçidlər