Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yollarının təbliği” mövzusunda seminar keçirilib

08 iyul 2025 | 17:18

8 iyul 2025-ci il tarixində mərkəzləşdirilmiş Kitabxana Sisteminin Gəlmə kənd kitabxana filialında Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunmağın yollarının təbliği” mövzusunda seminar keçirilib. Tədbirdə bələdiyyə, kənd tibb məntəqəsinin əməkdaşları və icma sakinlərinin iştirak edib.

Tədbirdə iştirakçılara sağlam həyat tərzi qaydaları barədə ətraflı məlumat verilib, zərərli vərdişlərin fəsadlarından bəhs edilib, onlara uşaqlarda gigiyenik qaydalara əməl etmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq vərdişlərinin aşılanması tövsiyə edilib.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb mövzu ilə bağlı təqdimat göstərilib.

Keçidlər