Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam həyat tərzinin təbliği məqsədi ilə tədbir keçirildi

09 oktyabr 2024 | 18:53

09 oktyabr 2024-cü il tarixdə Pərvanlı kənd tam orta məktəbində Zərdab rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin təşkilatçılığı  ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda  təhsilalanlarla görüş keçirildi.

Görüşdə erkən nikah və qohumlar arasında nikahın  insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdlərin problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunmuşdur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər