Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam həyat tərzinin təbliği məqsədi ilə tədbir keçirilib

03 sentyabr 2026 | 14:42

03.09.2026-cı il tarixdə Qoruqbağı kənd tam orta ümumtəhsil  məktəbində Zərdab rayon İcra Hakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə  “Uşaqların həyatının qorunması və intihar hallarının qarşısının alınması ” mövzusunda  müəllim və valideyn görüş keçirilib. Tədbir zamanı iştirakçılara uşaqların emosional vəziyyətinə diqqət yetirilməsinin, onların problemlərinin vaxtında dinlənilməsinin və ehtiyac yarandıqda mütəxəssis dəstəyinə müraciət edilməsinin vacibliyi barədə məlumat verilib. Həmçinin valideyn, müəllim və digər böyüklərin uşaqlarda müşahidə olunan davranış dəyişikliklərinə həssas yanaşmasının əhəmiyyəti vurğulanıb. Həmçinin tədbirdə uşaqların hüquqlarının və təhlükəsizliyinin qorunması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eləcə də bu sahədə mövcud qanunvericilik barədə məlumat verilib. Uşaqların müdafiəsi, onların psixoloji sağlamlığının dəstəklənməsi və riskli halların qarşısının alınması ilə bağlı aidiyyəti dövlət qurumlarının həyata keçirdiyi tədbirlərin əhəmiyyəti haqqında söhbət aparılıb. Sonda iştirakçıların sualları cavablandırılıb və uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində maarifləndirici tövsiyələr verilib.

Keçidlər