Sağlam həyat tərzinin təbliği məqsədi ilə tədbir keçirilib
27.02.2026-cı il tarixdə Qoruqbağı kənd diyarşünaslıq klubunda Zərdab Rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda müəllim valideyn və təhsilalanlarla görüş keçirildi.
Görüşdə erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları, dini radikalizmin fəsadları şagirdlərə izah olunmuşdur. Həmçinin şagirdlərin problemlərin öhdəsindən gələ bilən və həll yolları tapa bilən, məsuliyyətli, özünə güvənən, müstəqil bir fərd olaraq yetişdirmək üçün valideyn və məktəb pedoqoji kollektivinin üzərinə düşən vəzifələrdən danışılmış, təhsilin gələcəyimiz üçün önəmli olduğu qeyd olunmuşdur.
Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.






