Sağlam həyat tərzinin təbliği və uşaqlar arasında cins seçimi yolverilməzdir mövzularında tədbir keçirilib
01.11.2024-cü il tarixdə Körpükənd kənd tam orta məktəbində Zərdab rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Sağlam həyat tərzinin təbliği” və “Uşaqlar arasında cins seçimi yolverilməzdir” mövzularında müəllim, şagird və valideynlərlə görüş keçirilib.
Görüşdə erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları şagirdlərə izah olunub. Həmçinin Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq kənd yerlərində qızların təhsildən yayındırılması, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq mövzularında söhbət aparılıb.
Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.