“Sağlam həyat tərzinin təbliği” və “Zorakılığın bütün növlərinə yox deyirik” mövzularında tədbir keçirilib
09.10.2025-ci il tarixdə Şəftəhal kənd tam orta ümumtəhsil məktəbində “Sağlam həyat tərzinin təbliği” və “Zorakılığın bütün növlərinə yox deyirik” mövzularında müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirilib. Tədbir Zərdab rayon İcra Hakimiyyətinin və Polis şöbəsinin birgə təşkilatçılığı ilə təşkil olunub. Tədbirdə erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları, ”Uşaq Hüquqları Konvensiyası”, “Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu”, sosial şəbəkələrin fəsadları barədə məlumatlar verilib. Qarşılıqlı müzakirələr şəklində davam edən tədbirdə məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin zorakılıq əlamətlərindən məlumatlı olması və müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Sonda qeyd olunan mövzularda video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.






