“Sağlam həyat tərzinin təbliği” və “Zorakılığın bütün növlərinə yox deyirik” mövzularında tədbir keçirilib
22 yanvar 2024-cü il tarixdə Gəlmə kənd tam orta məktəbində “Sağlam həyat tərzinin təbliği” və “Zorakılığın bütün növlərinə yox deyirik” mövzularında müəllimlər, valideynlər və təhsilalanlarla görüş keçirilib. Tədbir Zərdab rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Polis şöbəsinin, Uşaq və Ailələrə Dəstək mərkəzinin, Rayon Gənclər və İdman sektorunun, Zərdab rayonu üzrə Gənclər evi SXM-nin iştirakı ilə təşkil olunub.
Tədbirdə erkən nikah və qohumlar arasında nikahın insan üçün psixoloji və bioloji zərərləri, narkomaniyadan qorunmağın yolları, dini radikalizmin fəsadlarından danışılıb, ”Uşaq Hüquqları Konvensiyası”, “Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu” barədə məlumatlar verilib. Qarşılıqlı müzakirələr şəklində davam edən tədbirdə məktəb rəhbərliyinin, müəllimlərin, valideynlərin zorakılıq əlamətlərindən məlumatlı olması və müvafiq tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.
Sonda qeyd olunan mövzularda video çarx nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavblandırılıb.