Şriftin ölçüsü :

Saytın rəngi :

Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbində valideynlərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib

16 aprel 2026 | 16:43

16.04.2026-cı il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək mərkəzinin birgə təşkilatçılığı ilə Şahhüseynli kənd tam orta ümumtəhsil məktəbində “Gender əsaslı zorakılıq” və “Valideynlik bacarıqlarının artırılması”  mövzularında tədbir keçirilib. Tədbirdə zorakılıq nədir, məişət zorakılığının növləri, problemlərlə mübarizə və onların həlli yolları, müraciət ediləcək ünvanlar, bu sahədə beynəlxalq və yerli səviyyədə qəbul edilən normativ hüquqi aktlardan bəhs edilib. Həmçinin  valideynlik bacarıqlarının əhəmiyyəti, uşaqların düzgün tərbiyə olunması, onların psixoloji və emosional inkişafının dəstəklənməsi, ailə daxilində sağlam ünsiyyətin qurulması və müasir dövrün tələblərinə uyğun tərbiyə üsulları barədə məlumat verilib. Sonra mövzu ətrafında video-çarx nümayiş olunub və müzakirə aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Keçidlər