“Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib
16 aprel 2026 | 16:44
16 aprel 2026-cı il tarixində M.F.Axundov adına Gəlmə kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Respublikasının Gənclər və İdman, Elm və Təhsil, Fövqəladə Hallar, Müdafiə nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən birgə hazırlanmış əsasnaməyə uyğun olaraq “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin komandası 1-ci, Zərdab şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası 2-ci, Pərvanlı kənd tam orta ümumtəhsil məktəbinin komandası 3-cü yeri tutublar. Qalib komandalar təşkilatçılar tərəfindən diplomlarla təltif olunub.






