Şəhid ailələrinin üzvləri ağacəkmə aksiyasına qoşulublar
30 oktyabr 2024 | 16:19
Cənab Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” sərəncamına uyğun olaraq Zərdab rayonu ərazisində keçirilən ağacəkmə aksiyasına şəhid ailələri də qoşulub. 30.10.2024-cü il tarixdə onların təşəbbüsü ilə rayon ərazisində növbəti ağacəkmə aksiyası təşkil olunub. Aksiyada şəhid ailələrinin üzvləri, rayon rəhbərliyi, rayon icra hakimiyyətinin, aidiyyəti idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri iştirak ediblər. Aksiyada 150 ədəd ağac əkilib, onlara lazımi aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində 10000 ədəd müxtəlif növ ağaclar əkilib.