Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirilib

26 dekabr 2025 | 17:43

Rayon İcra Hakimiyyətində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri və qazilərlə rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara göstərilən dövlət qayğısından söhbət açıb, tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Şəhid ailələrinə və Vətən müharibəsi əlillərinə maddi yardımlar verilib. Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər