Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev Taleh Saleh oğlunun doğum günü qeyd olunub

25 iyul 2025 | 11:44

Zərdab rayonunun Gödəkqobu kənd sakini, şəhidlik zirvəsinə ucalmış Əliyev Taleh Saleh oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, SHXÇDX-nin Zərdab rayon bölməsinin, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Taleh Əliyevin və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. 

Keçidlər