Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əliyev Taleh Saleh oğlunun qırx mərasimi keçirilib

23 oktyabr 2023 | 15:46

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əliyev Taleh Saleh oğlunun qırx mərasimi keçirilib. Qırx mərasimində rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə, millət vəkili Jalə Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Taleh Əliyevin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub, önünə gül dəstələri düzülüb. Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhlarına dualar oxunub.

Keçidlər