Şəhid Fərid Rüstəmovun atası Nafil Rüstəmovun dəfn mərasimi keçirilib
24 fevral 2026 | 16:13
2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribatın qarşısını alarkən qəhramancasına şəhid olmuş DSX-nin kiçik giziri, Zərdab rayonunun Kəndəbil kənd sakini Fərid Rüstəmovun atası Nafil Rüstəmov vəfat edib. Kəndəbil kəndində mərhumun dəfn mərasimi keçirilib. Mərasimdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, YAP Zərdab Rayon Təşkilatının sədri İlkin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə və təşkilatların, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər.






