Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Fərid Rüstəmovun doğum günü münasibətilə tədbir keçirilib

15 dekabr 2023 | 14:41

Ötən ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alarkən qəhramancasına şəhid olan DSX-nin kiçik giziri, Zərdab rayonunun Kəndəbil kənd sakini Fərid Rüstəmovun doğum günü qeyd olunub. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Aparatın məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektvirlərinin üzvləri, şəhid ailələri iştirak ediblər. Fərid Rüstəmovun və Kəndəbil kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. 

 
Keçidlər