Şəhid Fərid Rüstəmovun doğum günü qeyd olunub
2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alarkən qəhramancasına şəhid olan DSX-nin kiçik giziri, Zərdab rayonunun Kəndəbil kənd sakini Fərid Rüstəmovun doğum günü qeyd olunub. Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, Rayon İcra Hakimiyyətinin və YAP Zərdab Rayon təşkilatının məsul şəxsləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Fərid Rüstəmovun və Kəndəbil kənd qəbiristanlığında dəfn olunmuş şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






