Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İbrahim Ələmşah oğlu Vəliyevin doğum günü qeyd olunub-16.08.2025

16 avqust 2025 | 18:39

Şəhid İbrahim Ələmşah oğlu Vəliyevin doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, YAP Zərdab rayon təşkilatının məsul şəxsləri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin məzarı başında əziz xatirəsi ehtiramla yad olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Qeyd edək ki, əslən Kəlbəcər rayonu Mollabayramlı kəndindən olan Vəliyev İbrahim Ələmşah oğlu 24 fevral 2020-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib. 

Keçidlər