Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İbrahim Ələmşah oğlu Vəliyevin doğum günü qeyd olunub-16.08.2026

16 avqust 2026 | 12:32

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev,  İHB Aparatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər Evinin, ərazidə fəaliyyət göstərən idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Vəliyevin və Gəlmə kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər