Şəhid İbrahim Vəliyevin ildönümü qeyd olunub
Anım mərasimində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab Rayon Təşkilatının sədr müavini Ələkbər Kərimov, Zərdab və Kəlbəcər Rayon İcra Hakimiyyətlərinin, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivlərinin üzvləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İbrahim Vəliyevin və kənd qəbiristanlığında dəfn edilmiş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri yad edilib. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, əslən Kəlbəcər rayonu Mollabayramlı kəndindən olan Vəliyev İbrahim Ələmşah oğlu 2020-ci ildə Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində erməni təxribatının qarşısını alarkən şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.






