Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rüstəmov Fərid Nofəl oğlunun 40 mərasimi keçirilib

23 oktyabr 2022 | 09:48
Sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatın qarşısını alarkən qəhramancasına şəhid olan DSX-nin kiçik giziri Rüstəmov Fərid Nofəl oğlunun bu gün böyüyüb boya-başa çatdığı Zərdab rayon Kəndəbil kəndində 40 mərasimi keçirilib. Mərasimində Zərdab rayon İcra Hakimiyyətinin Başçısı Mərdan Camalzadə, Millət vəkili Jalə Əliyeva, İcra hakimiyyəti başçısının müavinləri,hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etmişdir.
Şəhidlərimizin ruhlarına dualar oxunulub,xatirələri yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər