Şəhid Taleh Əliyevin doğum günü qeyd olunub
25 iyul 2026 | 12:25
Zərdab rayonunun Gödəkqobu kənd sakini, şəhidlik zirvəsinə ucalmış Əliyev Taleh Saleh oğlunun doğum günü qeyd olunub. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, İHB Aparatının, SHXÇDX-nin Zərdab rayon bölməsinin məsul şəxsləri, ərazidə fəaliyyət göstərən idarə və müəssisələrin əmək kollektivlərinin üzvləri, şəhid ailələri, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Taleh Əliyevin və kənd qəbiristanlığında dəfn olunmuş digər şəhidlərin məzarları ziyarət olunub. Şəhidin ailəsi ilə görüş keçirilib. Şəhidin ailə üzvləri onlara göstərilən dəstəyə, diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
© Materiallardan istifadə edərkən istinad olunmalıdır.






