Şriftin ölçüsü :

Saytın rəngi :

Sənaye istehsalı haqqında

04 avqust 2022 | 17:20

Zərdab rayon sənayesində il ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı və xidmətlərin göstərilməsi 0,8 faiz artaraq 6934.7 min manat  olmuşdur. Dövr ərzində sənaye məhsulunun 45,7 faizi emal sektorunda istehsal olunmuş,  göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 49,6 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,7 faiz təşkil etmişdir. 2022-ci ilin yanvar-iyun aylarında emal sənayesi sektorunda qida məhsulların istehsalı 93,8 faiz, içki istehsalı 0,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,5 faiz, tikinti materialların istehsalı 4,1 faiz, hazır metal məmulatların istehsalı 1,0 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 0,5 faiz təşkil etmişdir. 2022-ci ilin yanvar-iyun aylarında keçən ilin müvafiq dövri ilə müqayisədə göstərilmiş xidmətlərin həcmi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 24,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  4,1 faiz artmışdır. Hesabat dövründə sənaye sahəsində çalışan işçilərin оrta sayı  259 nəfər, оrta aylıq əmək haqqı 546,3 manat  olmuşdur. Sənaye sahəsi üzrə çalışanların 44,0 faizi elektrik enerjisi və qazın istehsalı və bölüşdürülməsi sahəsində , 49,4 faizi su təchizatı, tullantıların təmizlənməsi sahəsində, 6,6 faizi emal sənayesində çalışanlardır.

Zərdab rayon Statistika idarəsinin məsləhətçisi Əzizə Əhmədova

Keçidlər