Səyyar ASAN xidmət Zərdabda vətəndaşlara xidmət göstərəcək
30 aprel 2024 | 12:08
Bərdə Səyyar ASAN xidmət avtobusu 01-30 may 2024-cü il tarixlərində Zərdabda vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar Xidmət Məntəqəsi: Zərdab rayonu, 20 Yanvar küçəsi (Mədəniyyət mərkəzinin qarşısı)
Göstərilən xidmətlər- Tərcümə xidməti
- Tibb xidməti
- Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
- Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
- Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
- Notariat fəaliyyəti
- Səyyar "ASAN xidmət" avtobuslarında sənəd qəbulu həftə içi saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.
- Hazır sənədin verilməsi isə həftə içi saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.