Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda qaldırılan məsələlər öz həllini tapır

09 oktyabr 2026 | 10:20
Cənab Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq Zərdab rayonunda vətəndaşların qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində zəruri tədbirlərin görülməsi Rayon İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılır.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən keçirilən səyyar qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin həlli üçün müvafiq tədbirlər görülür. Sakinlərin müraciətləri əsasında müəyyən edilmiş problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə işlər həyata keçirilir.
Növbəti belə müraciət üzrə müvafiq tədbirlərin görülməsinə başlanılıb. Belə ki, Zərdab şəhərinin 32-ci məhəlləsinin sakinləri ilə keçirilən səyyar qəbul zamanı vətəndaş Muradov Səxavət Şahvələd oğlu Cəfər Cabbarlı küçəsində asfalt örtüklü yolda yerləşən kanalizasiya lyukunun ətrafında çökmə yarandığını bildirərək həmin ərazidə təmir işlərinin aparılmasına köməklik göstərilməsini xahiş edib.
Vətəndaşın müraciəti nəzərə alınaraq qeyd olunan ərazidə yaranmış problemin aradan qaldırılması məqsədilə müvafiq təmir işləri həyata keçirilir.
Keçidlər