Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda qaldırılan məsələlər öz həllini tapır

10 aprel 2026 | 17:38

Cənab Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq Zərdab rayonunda vətəndaşlarla səyyar görüşlərin keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi rayon icra hakimiyyətinin daim nəzarətində saxlanılır.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür, digər dövlət qurumlarına aid olan məsələlərin həlli ilə bağlı aidiyyəti nazirlik və komitələrə məktublar göndərilir. Daha bir səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb. Belə ki, 13 yanvar 2026-cı il tarixdə Məlikumudlu kənd İƏD üzrə nümayəndəlikdə keçirilən səyyar qəbul zamanı vətəndaşlar kənd tam orta ümumtəhsil məktəbinin idman zalının təmirinə köməklik göstərilməsini xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Mərkəzi Aran Regional Təhsil İdarəsinə müraciət olunub və qısa müddət ərzində idarə tərəfindən idman zalında cari təmir işləri aparılaraq şagirdlərin istifadəsinə verilib. 10 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə idman zalının cari təmirindən sonrakı vəziyyətinə baxış keçirib. Vətəndaşlar və məktəbin kollektivi göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər