Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar qəbullarda qaldırılan məsələlər öz həllini tapır

26 noyabr 2025 | 10:14

Cənab Prezident İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələri rəhbər tutaraq Zərdab rayonunda vətəndaşlarla səyyar görüşlərin keçirilməsi, vətəndaşların qaldırdıqları məsələlərin operativ həlli, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlərin görülməsi daim rayon icra hakimiyyətinin nəzarətində saxlanılır. Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə tərəfindən keçirilən səyyar qəbullarda vətəndaşlar tərəfindən irəli sürülmüş rəy və təkliflər xüsusi nəzarətə götürülür, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan müraciətlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlər görülür, digər dövlət qurumlarına aid olan məsələlərin həlli ilə bağlı aidiyyəti nazirlik və komitələrə məktublar göndərilir. Daha bir səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələ öz müsbət həllini tapıb. Belə ki, rayonun Qoşaoba kəndi ərazisində keçirilən səyyar qəbul zamanı vətəndaşlar Ziya Bəkirov küçəsinin gecə saatlarında işıqlandırılmasına köməklik göstərilməsini xahiş ediblər. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən məsələ ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilib. Qoşaoba kəndinin də daxil olduğu Zərdab bələdiyyəsi tərəfindən qeyd olunan küçənin işıqlandırılması istiqamətində işlərə başlanılıb, küçədə 12 ədəd müasir tipli işıq dirəkləri quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Sakinlər göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər