Şriftin ölçüsü :

Saytın rəngi :

"Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa keçirilib

12 oktyabr 2023 | 11:31
Oktyabrın 12-də Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Zərdab rayonu üzrə gənclər və idman sektorunun, Zərdab Gənclər evi SXM-nin və Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa keçirildi. Zərdab rayon Heydər Əliyev Mərkəzində təşkil edilmiş tədbirdə çıxış edən Mərkəzin direktoru Könül Rəhimova, Zərdab rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları Ehtiram Osmanov və Bahar Qurbanova, Zərdab Gənclər evi SXM-nin əməkdaşı Toğrul Abdullayev Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və tarixi fəaliyyətlərindən, gənclərimizin bir fərd, əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Ulu Öndər Heydər Əliyevin danılmaz əməyi və misilsiz xidmətlərindən, dahi rəhbər tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etdilər.
Keçidlər