Şriftin ölçüsü :

Saytın rəngi :

"Tarix yazan əbədiyaşar lider" mövzusunda tədbirlər davam etdirilir

24 oktyabr 2023 | 17:18
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq rayon mərkəzi kitabxanasında "Tarix yazan əbədiyaşar lider" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ramo Hacıyev, İcra Hakimiyyəti başçısının müavinin səlahiyyətlərini icra edən Murad Həsənov, Mərkəzi Aran Regional Mədəniyyət idarəsinin Zərdab rayonu üzrə nümayəndəsi Urfan Əhmədov, rayon mərkəzi kitabxanasının müdiri Nailə Əliyeva, muzey müdirləri, mərkəzləşdirilmiş kitabxana sisteminin əməkdaşları, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, Azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bildirilib ki, kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamış, beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ulu Öndər həmişə öz sözü və çəkisi ilə seçilmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış parlaq tarixi qələbədən, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs edilib.
Sonda məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər dinlənilib.
Keçidlər