Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanından yüksək bal toplayan müəllimlərlə görüş keçirilib

13 iyul 2023 | 14:22

13 iyul 2023-cü il tarixdə Zərdab Rayon İcra Hakimiyyətində rayon üzrə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanından yüksək nəticə göstərən müəllimlərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadənin adından uğur qazanmış bütün müəllimləri təbrik edərək, təhsil sahəsində əldə olunmuş uğurlardan və qarşıda duran məsələlərdən bəhs edib. Tədbirdə çıxış edənlər təhsil sahəsinə, həmçinin müəllimlərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Sonda təhsilverənlərin sertifikatlaşdırılması imtahanından yüksək nəticə göstərən müəllimlərə hədiyyələr təqdim olunub.

Keçidlər