Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Xidmət Sahəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib
14 may 2026 | 17:13
Tədbirdə Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Xidmət Sahəsinin əmək kollektivi iştirak etmişdir. Görüşdə “Prezident cənab İlham Əliyevin milli ideologiyanın möhkəmləndirilməsi istiqamətində fəaliyyəti”, “Dövlət başçısının çıxışlarında vətənpərvərlik, milli həmrəylik və dövlətçilik dəyərləri” mövzularında çıxışlar edilmiş, eyni zamanda ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.






