Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Xidmət Sahəsində “İdeoloji Maarifləndirmə Konsepsiyası” ilə bağlı növbəti görüş keçirilib

10 noyabr 2022 | 18:05

Tədbirdə qrupun rəhbəri, Rayon İcra Hakimiyyəti Başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova, qrupun üzvü, Rayon İcra Hakimiyyətinin əməkdaşı Şövqi Qafarov, Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Xidmət Sahəsinin əmək kollektivi iştirak etmişdir. Tədbirdə 8 noyabr Zəfər günündən, 9 noyabr Dövlət Bayrağı günündən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlarından, cənab prezidentin son vaxtlarda xarici ölkələrə, eləcə də işğaldan azad olunmuş rayonlara etdiyi səfərlərdən bəhs olunmuş, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışılmış və müzakirələr aparılmışdır.

Keçidlər