Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun kənarında 850 ədəd müxtəlif növ ağaclar əkilib

18 oktyabr 2024 | 14:49

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu işlərin davamı olaraq  cənab Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Digər şəhər və rayonlarda olduğu kimi, il ərzində Zərdab rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Zərdab rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında rayon icra hakimiyyəti tərəfindən payız mövsümündə ağacəkmə aksiyalarının keçirilməsinə start verilib. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun kənarında 850 ədəd müxtəlif növ ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində  payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10 000 ədəd ağacın əkilməsi, abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 
 
Keçidlər