Şriftin ölçüsü :

Saytın rəngi :

“Uğurlu nikaha gedən yol” və “Gender əsaslı zorakılıqla mübarizə” mövzularında tədbir keçirilib

26 noyabr 2025 | 14:53

26.11.2025-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin,Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Dəli Quşçu kənd tam orta ümumtəhsil məktəbində məktəbin pedoqoji kollektivinin və onların valideynlərinin, kənd ağsaqqallarının iştirakı ilə   25 Noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü münasibətilə “Uğurlu nikaha gedən yol”  və “Gender əsaslı zorakılıqla mübarizə” mövzularında tədbir keçirilib. 

Çıxış edənlər hər il 25 noyabr (Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) – 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq məqsədilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının keçirildiyini bildiriblər. Eyni zamanda erkən evlilik, qohum evliliyi və zorakılıq hallarının qarşısının alınması məqsədilə həyata keçirilən maarifləndirmə tədbirləri, qanunvericilikdə edilmiş dəyişikliklər, 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə müəyyən edilmiş məsuliyyət barədə ətraflı məlumat verilib.

Sonda qeyd olunan mövzularda video çarx nümayiş olundu və iştirakçıları maraqlandıran suallar cavblandırıldı.

Keçidlər