Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq 18 aprel 2023-cü il tarixdə Zərdab rayon Mərkəzi Kitabxanasında “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib. Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab rayon nümayəndəliyinin, Gənclər və İdman İdarəsinin iştirakı ilə təşkil olunan toplantıda Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükut yad edilib. Toplantıda çıxış edənlər Azərbaycanı xaosdan, anarxiyadan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməkdən, parçalanmaqdan xilas edən dahi şəxsiyyət Heydər Əliyevin gərgin səylərindən, xilaskarlıq missiyasından bəhs ediblər.