Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Müasir Azərbaycanın memarı” mövzusunda kitab və rəsm sərgisi keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq 12 aprel 2023-cü il tarixdə Zərdab rayon Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Müasir Azərbaycanın memarı” mövzusunda kitab və rəsm sərgisi keçirilib.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Təhsil Sektorunun, Heydər Əliyev Mərkəzinin, Uşaq İncəsənət Məktəbinin, Gənclər və İdman İdarəsinin iştirakı ilə təşkil olunan kitab və rəsm sərgisində Ümummilli Lider Heydər Əliyevin mənalı, zəngin və şərəfli həyat yolunu, çoxşaxəli ictimai-siyasi fəaliyyətini, dövlətçiliyimiz tarixində müstəsna xidmətlərini əks etdirən kitablar və rəsmlər nümayiş etdirilib. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyətindən, xalqı naminə həyata keçirdiyi işlərdən, apardığı uğurlu islahatlardan, həmçinin istedadlı gənclərə və uşaqlara xüsusi qayğısından danışıblar. Daha sonra təşkil edilmiş sərgiyə baxış keçirilib.