Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Uşaqlar bizim gələcəyimizdir” adlı uşaq yaradıcılıq festivalı keçirilib

01 iyun 2023 | 17:52

“Heydər Əliyev İli” ilə əlaqədar silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin tərtib etdiyi Tədbirlər Planına uyğun  olaraq 1 iyun 2023-cü il tarixində Heydər Əliyev adına parkda Rayon İcra Hakimiyyətinin,  Mərkəzi Aran  Regional Təhsil İdarəsinin Zərdab rayon Təhsil Sektorunun və Ağdaş Regional Mədəniyyət İdarəsinin Zərdab Rayon Nümayəndəliyinin  birgə təşkilatçılığı ilə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda  uşaq yaradıcılıq festivalı təşkil edilib.

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,  YAP Zərdab Rayon təşkilatının sədri, Rayon Təhsil Sektorunun müdiri,  Rayon Mədəniyyət Mərkəzinin direktoru, Gənclər və İdman İdarəsinin rəisi, Gənclər Evinin direktoru, rayonun ümumtəhsil müəssisələrinin və körpələr evi-uşaq bağçalarının pedaqoji kollektivi və istedadlı uşaqları iştirak ediblər.

Festivalda ilk öncə  Ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi diqqət və qayğını özündə tərənnüm edən foto şəkillər, istedadlı uşaqların rəsm və əl işlərindən ibarət nümayiş edilmiş sərgiyə baxış keçirilib,  onların ifasında hazırladıqları müxtəlif kompozisiyalar, rəqs nömrələri, şer və nəğmələr səsləndirilib.

Keçidlər