Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü qeyd olunub

14 iyul 2026 | 11:56

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü münasibətilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində tədbir keçirilib.

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev, YAP Zərdab rayon təşkilatının sədr müavini Ələkbər Kərimov, Rayon İHB Aparatının məsul şəxsləri, yerli icra və bələdiyyə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirin rəsmi hissəsi Zərdab Rayon İcra Hakimiyyətində keçirilib. Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramo Hacıyev bildirib ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf salnaməsində mühüm dönüş nöqtəsidir. Məhz həmin gündən etibarən respublikanın ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət və digər sahələrində əsaslı inkişaf prosesləri başlanmış, gələcək müstəqil dövlətimizin möhkəm təməli formalaşdırılmışdır.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycan keçmiş ittifaq məkanında qabaqcıl respublikalardan birinə çevrilmiş, xalqın milli özünüdərki güclənmiş, dövlətçilik ənənələri daha da möhkəmlənmişdir.

Çıxış zamanı vurğulanıb ki, Ümummilli Lider tərəfindən müəyyən edilmiş inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir, şəhərsalma və memarlıq sahəsində müasir yanaşmalar tətbiq olunur, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri böyük vüsətlə aparılır. "Şəhərsalma və Memarlıq İli" çərçivəsində reallaşdırılan layihələrin də ölkəmizin davamlı inkişafına, müasir yaşayış mühitinin formalaşdırılmasına və milli memarlıq irsinin qorunmasına mühüm töhfələr verdiyi diqqətə çatdırılıb.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə, eləcə də 1969-cu il 14 iyul tarixinin Azərbaycan dövlətçiliyinin inkişafındakı mühüm roluna həsr olunmuş film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən istinad olunmalıdır.

Keçidlər