Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Əbədiyaşar şəxsiyyət” adlı konfrans keçirilib

06 may 2026 | 17:23

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Milli Məclisin deputatı Jalə Əliyeva, YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon rəhbərliyi öncə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər. Sonra Ümummilli Liderin xatirəsinə həsr olunmuş  rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının yaddaşında xilaskar lider və müstəqil dövlətimizin memarı kimi əbədi yaşayır. Onun rəhbərliyi dövründə Azərbaycan çətin sınaqlardan uğurla çıxaraq ölkəmizdə siyasi sabitlik təmin olunub, dövlətçiliyin əsasları möhkəmləndirilib. Məhz onun uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz və əbədi xarakter alıb. Bu gün Azərbaycan onun müəyyən etdiyi inkişaf yolu ilə inamla irəliləyir. Müasir reallıqlar bir daha sübut edir ki, əldə olunan uğurlar məhz Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafı və tərəqqisi yolunda misilsiz xidmətlərinin nəticəsidir.

Qeyd olunub ki, Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə ölkəmiz daha da güclənib, regionun lider dövlətinə çevrilib. Vətən müharibəsində qazanılmış Zəfər Azərbaycan xalqının gücünü və birliyini bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin ideyaları əsasında formalaşan inkişaf yolu bu gün də Azərbaycanın davamlı tərəqqisini təmin edir.

Daha sonra Milli Məclisin deputatı Jalə Əliyeva çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətləri olan dahi şəxsiyyət kimi yadda qalıb. O, bütün həyatını xalqına və dövlətinə xidmətə həsr edib. Onun zəngin siyasi irsi gələcək nəsillər üçün əvəzsiz məktəbdir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyaşar şəxsiyyət” adlı videoçarx nümayiş olunub.

Keçidlər