Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumtəhsil məktəblərini bitirən məzunlar üçün "Son zəng" tədbirləri keçirilir

14 iyun 2024 | 12:00

Respublikamızın bütün bölgələrində olduğu kimi Zərdab rayonu ərazisində də fəaliyyət göstərən məktəblərdə 11-ci sinfi bitirən məzunlar üçün "Son zəng" tədbirləri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadə, Aparatın digər vəzifəli şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Zərdab şəhər 1 nömrəli məktəb-liseydə keçirilən "Son zəng" tədbirində iştirak ediblər. Tədbirdə çıxış edən icra başçısı rayonumuzun bütün məzunlarını "Son zəng" münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Buraxılış imtahanlarında yüksək nəticələr göstərən məzunlara hədiyyələr təqdim olunub. 

Keçidlər